Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirildi. “Fəlakət- Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulduğu halda, Ankarada baş tutması qardaş Türkiyədə ağır nəticələrə səbəb olmuş zəlzələ ilə bağlı idi.Bu Azərbaycanın Türk dövlətləri ilə, Qardaş Türkiyə ilə dostluq və əməkdaşlığının ən yüksək səviyyədə olduğunun təzahürüdür. Cənab prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışı, əsasən, Türk dövlətləri arasında sıx əməkdaşlıq və birlik, fövqəladə hallarda qarşılıqlı yardım göstərmək, sevincli və kədərli günlərində bir-birinin yanında olmaq məsələlərinə yönəlmişdir. Necə ki Azərbaycan hökuməti və xalqı zəlzələdən sonra qardaş Türkiyəyə yardım etmək üçün səfərbər oldu. 940 nəfər mütəxəssis və könüllülər qardaş yardımına tələsdilər. Maddi və mənəvi dəstək olmaqla Azərbaycan bir daha Türkiyənin yanında olduğunu göstərdi. Tarixən belə olub. 44 günlük müharibədə də Türkiyə yanımızda idi, bizimlə birlikdə Zəfərimizə sevinirdi, ağrı-acımıza şərik çıxırdı. 2021-ci ildə Şuşada Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsi rəsmən müttəfiqliyimizin ən yüksək səviyyədə olduğunu sübut edir. Türkiyənin hərbi gücünü və qüdrətini bütün dünya görür. Türkiyədə sabitliyin və inkişafın olması bütün türk dünyası üçün önəmli şərtdir. Əminik ki, Türkiyə cənab prezident Rəcəb Tayyib Ərdoğanın sayəsində bütün sınaqlardan üzüağ çıxacaq. Bu gün də Azərbaycan dost və qardaş dəstəyini hiss edir. İşğaldan azad olunmuş ərazilərimizdə geniş quruculuq və abadlıq işlərinin aparılmasında türk dövlətlərinin yaxından iştirakı hər birimizi qürurlandırır və Türk Birliyinə olan inamımızı daha da artırır. Cənab prezident İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatının Bakıda baş tutmuş Təmas Qrupunun Zirvə görüşü, X Qlobal Bakı Forumunun keçirilməsi, Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşündə iştirakı Prezident İlham Əliyevin fəal, uğurlu siyasətinin növbəti bariz nümunəsidir. Bütün bunlar ölkəmizin beynəlxalq səviyyədə milli maraqlarının və imicinin artırılmasına xidmət edir. Yaşasın qüdrərli Türk Birliyi!Zülfü Quliyev,Xocalı rayonundan məcburi köçkün